Elnur Cəfərov Vidadi Səmədovun mobil telefonlarını və pulunu niyə qaytarmır?(Audio)
Bakı şəhər sakini Səmədov Vidadi Qardaşəli oğlu 7gun.org saytına müraciət edərək daxili işlər orqanlarında xidmət etdiyini və 27 aprel 2012-ci ildə şərıənərək həbs olunduğunu, 28 may 2018-ci ildə azadlığa çıxdığını bildirmişdir. Vidadi Səmədov həbs olunarkən Baş Prokurorluğ yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində üzərinə baxış keçirilmiş, baş müstəntiq Elnur Cəfərovun tərtib etdiyi protokola əsasən 2 ədəd Nokia markalı mobil telefon və 413 manat pulu götürülmüşdür.
Elnur Cəfərov Vidadi Səmədovdan götürdüyü mobil telefonları və 413 manat pulu cinayət işinə əlavə edəcəyini, məhkəmə qərarından sonra qaytarılacağını bildirmişdir.
Lakin baş müstəntiq Elnur Cəfərov Vidadi Səmədovun mobil telefonlarını və 413 manat pulunu mənimsəmişdir.
Hal-hazırda Elnur Cəfərov Bakı şəhər Prokurorluğunun Polisə nəzarət şöbəsinin rəisi vəzifəsində işləyir.
Vidadi Səmədov bu günə qədər Elnur Cəfərovdan vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dələduzluqla mənimsədiyi Nokia markalı mobil telefonları və pulunu ala bilmir. Vətəndaşların hüquqlarını qorumağa borclu olan Prokurorluğ orqanının əməkdaşı özü dələduzluq edib ciddi qanun pozuntusuna yol verib. Vidadi Səmədov prokurorluq orqanlarının əməkdaşı Elnur Cəfərovun qanunsuz əməlindən Prezident İlham Əliyevə və Baş Prokuror Zakir Qaralova dəfələrlə müraciətlər etsə də hüquqlarının qorunması üçün heç bir tədbir görülməmişdir.
7gun.org Vidadi Səmədovun müraciətinin araşdırılmasını davam etdirəcək.