Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) “Avropa işi” Hesabatının 2- ci hissəsini təqdim etdi
Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) tərəfindən hazırlanan “Avropa işi” Hesabatının 2- ci hissəsi, yenilənmiş forması başa çatdı. Sənəd ingilis dilinə tərcüməyə verildi. Sağ olsunlar, mühacir dostlarımızın texniki dəstəyi ilə Hesabat alman və fransız dillərinə də tərcümə olunaraq beynəlxalq təşkilatlara təqdim olunacaq.Hesabat Avropa ölkələrində göstərdikləri fəaliyyətə görə ailə üzvləri, qohumları təzyiqlərə məruz qalan mühacir soydaşlarımızın üzləşdiyi problemlərlə bağlıdır. Sənədin 2- ci hissəsində mühacirlər- Fuad Akbarov, Elshan Abdullayev, Zaur Mammadov, Elnur Mirze, Vugar Niftiyev, Gurbanov Rashad, Mubariz Dadas, Zöhrə Hasan, İsgəndər Səfərli (Isgo Safar), Avtandil Mammadov və digərlərinin üzləşdiyi təzyiqlər, problemlər əks olunub.
SMMM-nin rəhbəri, tanınmış hüquq-müdafiəçisi Oqtay Gülaliyevin 7gun.org saytına verdiyi açıqlamada bildirir ki, Avropada Azərbaycan davası aparan mühacirlərimizin durumu, onların özlərinə, ailə üzvlərinə, qohumlarına olan təzyiqlər daim diqqətimizdədir. Bu Hesabat onların üzləşdiyi problemləri fiksasiya etməklə yanaşı, həm də onlara tərəfimizdən olan kiçik dəstəkdir. Harda yaşamasından, hansı peşəyə, siyasi mənsubiyyətə bağlılığından asılı olmayaraq Azərbaycan davası aparan bütün siyasi mühacirləri müdafiə edirik və edəcəyik!