Uydurulmuş hadisənin istintaq qərarı –Masallı rayonunda biabırçı hadisə
Bakı, 24/09/2018, 7GÜN XƏBƏR: Fakt qarşısında aciz qalan əməliyyat-istintaq qrupu Daxili İşlər Nazirliyinin 102 xidmətinə yalan məlumat verən Aytən İsmayılova barəsində qanunamüvafiq tədbir də görmənişdir.
Masallı rayon Polis Şöbəsinin İstintaq Bölməsində uydurulmuş əcaib hadisənin təhqiqatı aparılmışdır.
7gun.org xəbər verir ki, Masallı RPŞ-in İB-in müstəntiqi, polis kapitanı Rəhimli İqbal Muxtar oğlu icraatında olan HK-1/968 saylı materialı nəzərdən keçirib 11 iyun 2018-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir.
Masallı rayon Ərkivan qəsəbəsinin sakini Kazımov Elxan Dəmir oğlunun
7gun.org-a verdiyi məlumata görə qondarma və uydurulmuş hadisənin rejissoru və ssenari müəllifi müstəntiq polis kapitanı İqbal Rəhimlinin özüdür.
İstintaq qərarında göstərilir ki, Kazımov Elxan Dəmir oğlu ilə qonşuluqda yaşayan İsmayılovova Aytən Eynəli qızı 28 may 2018-ci il tarixdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, saat 15 radələrində 2-ci sinif şagirdi olan oğlu Əmənov Rəşad Anar oğlunun qonşuları 8 yaşlı Kazımov Şahin Yasər oğlu, 8 yaşlı Ağayev Cəlal Ağababa oğlu və 9 yaşlı Kazımov Hüseynəli Elxan oğlu tərəfindən seksual zorakılığa məruz qaldığını bildirmişdir. Həmin məlumatla bağlı Masallı RPŞ-in İstintaq Bölməsində əməliyyat-təhqiqat hərəkətləri aparılmış, "cinayət əməli törətməkdə" şübhəli bilinən uşaqları və valideyinləri polis şöbəsinə çağırmışlar. Lakin polis şöbəsində "cinayət əməli törətməkdə" şübhəli bilinən uşaqlar valideyinlərinin, təhsil aldıqları Ərkivan qəsəbəsi Həsnəküçə tam orta məktəbinin pedaqoji kollektivinin nümayəndəsinin, pisxoloqun və Ərkivan ərazi dairə nümayəndəliyinin iştirakı olmadan istintaqa izahat verməyə məcbur edilmişlər. Azyaşlıların və yeniyetmələrin barəsində mövcud qanunvericiliyin tələbləri pozulmuşdur. İstintaq hərəkətlərini Anar Xəlilov, müstəntiq İqbal Rəhimli və əməliyyat-axtarış bölməsinin əməkdaşı Nazim Əkbərov həyata keçirmişlər.
Məhkəmə-Tibbi Ekspertizası aparılmış və zərərçəkən şəxs qismində tanınmış 8 yaşlı uşaq Rəşad Əmənovun hər hansı bir seksual zorakılığa məruz qalmadığı müəyyən edilmişdir.
Fakt qarşısında aciz qalan əməliyyat-istintaq qrupu Daxili İşlər Nazirliyinin 102 xidmətinə yalan məlumat verən Aytən İsmayılova barəsində qanunamüvafiq tədbir də görmənişdir.
Lakin bu qondarma və uydurulmuş təhqiqat işinin mənəvi və pisxoloji qurbanları 8 və 9 yaşlı məktəbli uşaqlar olmuşdur. Masallı RPŞ-in İB-də anlamamışlar ki, 8 və 9 yaşlı uşaqların cinsi zorakılığ etməyə bioloji baxımdan imkanları yoxdur.
Həsnəküçə kənd tam orta məktəbin 2-ci sinif şagirdi Hüseynəli Kazımov istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində ağır pisxoloji xəsarət almış, həmin hadisədən sonra qorxudan və stresdən başında saçlarının tökülməsi prosesi başlamış, özü və məktəbli bacıları xəcalətdən məktəbə getmənişlər. Elxan Kazımov bildirir ki, İstintaq Bölməsinin rəisi Anar Xəlilov və müstəntiq İqbal Rəhimli oğlu Hüseynəlini təkbətək "duelə" dəvət edib, ondan "cinayət hadisəsi törətməsi barədə" izahat aldıqdan sonra oğlu qorxmuşdur. Oğlu həmin vaxtdan qorxu hissi keçirir, rabitəsiz danışır, gecələr yuxudan səksəkəli oyanır vahimə içində həyətə qaçmaq istəyir. Üç aya yaxındır ki, oğlunun müalicəsilə məşğuldur.
14 sentyabr 2018-ci il tarixdə Səhiyyə Nazirliyinin Pisxi Sağlamlıq Mərkəzində müayinə olunan Kazımov Hüseynəli Elxan oğluna Sadə qorxu (fobiya) F40.2 Yuxu zamanı vahimələr və F51.4 diaqnozu qoyulmuşdur.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinin 5 iyun 2018-ci il tarixli 355 saylı rəyindən görünür ki, Əmənov Rəşad Anar oğlunda hər hansı bir xəsarət aşkar olunmamışdır. Rəşad Əmənovun 28 may 2018-ci il tarixdə saat 15 radələrində əynində olmuş geyimlərində də hər hansı bir zədə müəyyən edilməmişdir.
Elxan Kazımov 7gun.org-ın əməkdaşına bildirib ki, bütün əməliyyat tədbirlərini özləri həyata keçirtmələrinə və qondarma təhqiqatda cinayət tərkibli epizodların olmamasına baxmayaraq, Masallı RPŞ-in İstintaq və cinayət axtarış bölməsinin yuxarıda adları çəkilən əməkdaşları ondan əvvəl 6 min manat, sonra isə 4 min manat rüşvət verməsini tələb etmişlər. Anar Xəlilov, İqbal Rəhimli və Nazim Əkbərov dəfələrlə telefon zəngləri edərək, onu polis şöbəsinə çağırmış və istənilən hesabı gətirməyəcəyi təqdirdə oğlunu "uşaq kaloniyasına" göndərəcəkləri ilə hədələmişlər.
Elxan Kazımov onu da biçdirir ki, Baş Prokuror Zakir Qaralova, Daxili İşlər Naziri Ramil Usubova İnsan Hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanovaya müraciətlər etməsinə baxmayaraq, uydurulmuş hadisə ilə bağlı təhqiqat aparan polis əməkdaşları barəsində hal-hazıra kimi qanunamüvafiq cəza tədbirləri həyata keçirilməmişdir:"Yalan məlumat nəticəsində uşaqlar yaşıdlarının arasına çıxa bilmir, utanırlar"-deyən Elxan Kazımov bildirir ki, Aytən İsmayılovanı uydurma şikayət ərizəsi yazmağa təhrik edən İstintaq Bölməsinin rəisi Anar Xəlilov və müstəntiq İqbal Rəhimli olmuşdur.
Elxan Kazımov baş verən proseslər barədə beynəlxalq təşkilatlara məlumat verəcəyini açıqlamışdır.
Yazıda adları çəkilən şəxslərin fikirlərini öyrənməyə cəhd etsək də, lakin bu mümkün olmadı. Bütün bunlara baxmayaraq, qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.
Sözardı; 1. Uşaqlar bizim gələcəyimizdi. Onları kimlərinsə maraqlarına qurban vermək cinayətdir. Təhsil Nazirliyi orta məktəblərdə təhsil alan azyaşlı şagirdlərə sahib çıxmalıdır. Təhsil Nazirliyi Masallı RPŞ-dı aparılmış istintaqa münasibətini bildirməlidir;2. İnsan Hüquqları üzrə müvəkkil (Ombudsman) aparatı baş verən hadisənin təhqiqatını aparıb, hüquqi baxımdan qiymətləndirməlidir;3. Kazımov Elxan Dəmir oğluna valideyin kimi çəkdiyi mənəvi sarsıntıların əvəzini kim ödəyəcək?!Qalib Həsənov, Araşdırmaçı jurnalist