Lerikdən Leyla Əliyevaya müraciət: "20 hektar meşə məhv edilir, bizi də susuz qoyurlar"


Lerik rayonunun Şivlə, Biləvər və Geskon kəndlərinin sakinləri Prezident İlham Əliyev və Vitse-prezident Mehriban Əliyeva ilə yanaşı, Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla Əliyevaya da müraciət ünvanlayblar.

Onlar Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun deputatı İqbal Məmmədov, icra hakimiyyətində çalışan məmurlar, xüsusən də onları təhdid edən Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov, həmçinin bu kəndləri susuz qoymaq istəyən "Azərsu" ASC-nin rəhbəri Qorxmaz Hüseynovdan şikayətçidirlər. Rayon sakinləri Leyla Əliyevaya göndərdikləri rəsmi müraciətin bir surətini də 7gun.org-a təqdim ediblər. Sakinlər yazırlar:

"Hörmətli Leyla xanım, Sizin ekologiyaya verdiyiniz dəstəyə əsaslanaraq, Lerikdə yaşanan və yaşanacaq fəlakətlər barədə sizə də yazmağı məsləhət bildik. Əslində, indi əlacsızlıqdan və məcburiyyətdə dövlətin bütün qurumlarına yazırıq ki, bəlkə, bizim də problemlərimizə yanaşan oldu. Lerikdə 20 hektardan çox yaşıllıq, meşə massivi məhv olmaq təhlükəsi ilə üz-üzədir. Bunu edən isə sıradan bir məmur yox, dövlətin etimad göstərdiyi və yüksək post tutan şəxslərdir. Ona görə də Biz, adları çəkilən başı bəlalı kəndlərin başıbəlalı əhalisi cox ağır bir vəziyyətlə üzləşmişik. Dərdimizi cənab Prezidentə, Vitse-prezidentə yazsaq da, müraciətlərimiz onlara çatdırılmamış, Lerik icra başçısına (hansı ki bizə zülm edir) ona göndərilmiş, nəticədə ölkə başçısı halımızdan xəbərsiz qalıb. Cənab Prezident İlham Əliyev Lerik-Noda-Xanəgah avtomobil yolunun inşası üçün 17 milyon manat vəsait ayıranda çox sevinmişdik. Bizim başı bəlalı kəndlərimizi həmin yoldan 3 kilometrlik məsafə ayırır. Biz sakinlər də çətinliklə 3650 manat toplayıb kəındlərimizin yolunu çəkmək qərarına gəldik. Rayonumuzun icra başçısı Rövşən Bağırovdan xahiş etdik ki, bizə texnika köməkliyi etsin. O isə yolumuzu layihəyə saldırmaq adıyla həmin pulu bizdən aldı. Aylar keçdi,yol işi düzəlmədi. Biz pulu geri istəmək məcburiyyətində qaldıq. O gündən kəndlərimizin qara günləri başlandı. Rövşən Bağırov kəndin ağsaqqallarını qorxudaraq: “Mənim qara siyahıma düşmüsünüz, bundan sonra sizinlə hesab çəkəcəyəm, sizin üçün nə yol var,nə işıq,nə su”, - dedi. O gündən kəndlərimizi içməli su ilə təmin edən "Şüpək" meşə massivindəki bulağı Şingədulan ərazisinə aparmaq üçün "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Qorxmaz Hüseynovla danışıqlar aparan Rövşən Bağırov rayon polisini həmin meşə massivinə tökərək iddiasını yerinə yetirməkdədir. Hətta bizə ismarıc gəlir ki, lazım gələrsə, bütün polisi üstümüzə göndərəcək. Faktiki olaraq, bizi həm susuz, həm də üsuli-zorla qırmaq istəyir Rövşən Bağırov? Öz “bayraqdarı” - rayonda bütün qanunsuz əməllərdə adı hallanan müavini Habil Məlikovu da “səriştəli sərkərdə” kimi ön sıraya göndərib... Leyla xanım, bizi bir iş çox narahat edir. Məlum məsələdir ki, suyumuz aprılsa, 3 kənd köçüb uzaq diyarlara gedəcəyik. Çünki burada təsərrüfat saxlamaq mümkün olmayacaq, yaşayış daha da ağırlaşacaq. Bəs 20 hektardan çox meşənin, təbiətin, təzə əkilən 6 hektar qoz tinglərinin, palıd tinglərinin aqibəti necə olacaq? Ekologiya və Təbii Sərvətlər naziri bu barədə nə düşünür? Biz bu quruma da müraciət etmişik. Amma o da Lerik rayon şöbəsində tapşırıq verir. Həmin məmur Şakir Lətifov da Rövşən Bağırovun qorxusundan səsini çxara bilmir. Hörmətli Leyla xanım, onu da nəzərinizə çatdırırıq ki,hazırda 45 evdən ibarət olan Şivlə kəndinə əhalinin sayı nəzərə alınarsa, Qəhrəman kənd statusu düşür. Çünki İkinci Dünya Müharibəsində 22 şəhidi olan bu kənd Qarabağ savaşında da böyük itkiyə məruz qalmış, 7 şəhid vermiş, biri –Ağayev Fərhad İslam oğlu -1995 –ci ilin mart ayında dövlət çevrilişinə cəhdin qarşısını kəsərkən mübarizədə şəhid olmuş və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. 3 əlilimiz var. Əziz Leyla xanım, biz inanırıq ki, Siz, Respublikamızın gənc humanist qadını bizim hüquqlarımızı müdafiə edəcək, bizi susuz qırmaq istəyən Rövşən Bağırovun hərəkətlərinə biganə qalmayacaq, sözümüzü hörmətli Prezidentimizə çatdıracaqsınız. Hörmətlə, Lerik rayonunun Şivlə,Biləvər və Geskon kəndlərinin sakinləri:

1. Əliyev Ağaxan Fətəli oğlu
2. Əliyeva Göyçək Balakişi qızı
3. Ağayev İslam Ocaqəli oğlu
4. Ağayev Şirvan Ocaqəli oğlu
5. Ağayeva Zərifə Mürsəl qızı
6. Ağayeva Dünyaxanım Əvəz qızı
7. Əliyev Hüseynbaba Abdin oğlu
8. Rüstəmov Kamal Babiş oğlu
9. Rüstəmov Cəbrayıl Babiş oğlu
10. Həsənov Mirzəbaba Təriş oğlu
11. Məmmədov Salman Allahverdi oğlu
12. Fətullayev Alışan Pişan oğlu
13. Əliyev Mahir Paşa oğlu
14. Əliyeva Anaş Almas qızı
15. Ağayev Mirzəli Atamalı oğlu
16. Hüseynov Cəfər Əli oğlu
17. Hüseynov Əvsər Əli oğlu
18. Kərimov Babaxan Hidi oğlu
19. Kərimov Alim Alihəsən oğlu
20. Əliyev Surət Abdin oğlu
21. Əliyeva Gülü Mahmudəli qızı
22. Əliyev Gülbaba Abdin oğlu
23. Əliyeva Gülxanım Ocağəli qızı
24. Yoldaşov Allahyar Polad oğlu
25. Yoldaşov Əligüşad Nurməmməd oğlu
26. Yoldaşov Buludxan Polad oğlu
27. Yoldaşova Zərifə Əziz qızı
28. Məmmədov Vasif Güləli oğlu
29. Azadov İbrət Şəvəqət oğlu
30. Azadov Ağababa Polad oğlu
31. Azadova Fəridə Tağı qızı
32. Ağayev Qədiməli Mahmudəli oğlu
33. Əliyev Rafiq Ağaxan oğlu
34. Əliyev Mirzəli Şami oğlu
35. Şahmarov Emin Qaraxan oğlu
36. Azadov Bəfadar Söhbət oğlu
37. Zamanov Zəfər Böyükxan oğlu
38. Nağıyev Həmdulla Nəhmət oğlu
39. Zamanov Elman Böyükxan oğlu
40. İmanov Hafiz Rəzzaq oğlu
41. Azadov Meybulla Həbulla oğlu
42. Azadov Fərzulla Xeyrulla oğlu
43. Məmmədov Naib Əyyub oğlu
44. Rüstəmov Cabir Mürsəl oğlu
45. Ağayev Arazxan Burhan oğlu
46. Zamanov Zamanxan Böyükxan oğlu
47. Azadov Mehman Ağababa oğlu
48. Azadov Bəhruz İbrət oğlu
49. İmanov İsrafil Təhməz oğlu