Cahangir Hacıyevin bacısından sensasion açıqlama:"Qardaşımı öldürmək istəyirlər"


Azərbaycan Beynəlxalq Bakının idarə heyətinin keçmiş sədri Cahangir Hacıyevin başı üzərində qara buludlar dolaşır. Onun hüquqlarının məhdudlaşdırılması istiqamətində genişmiqyaslı işlər görülür.

Hazırda Penitensiar Xidmətin 1 saylı İstintaq təcridxanasına saxlanılan Cahangir Hacıyevə bu gündən yemək qəbuluna icazə verilmir.
Bu barədə 7gun.org-a daxil olan məlumatda bildirilir ki, buna səbəb son günlər ölkə mətbuatında və sosial şəbəkələrdə Cahangir Hacıyevlə bağlı müdafiəsi istiqamətində yazıların yayılması ola bilər.

Artıq Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva bu məsələ ilə bağlı ölkə başçısına, Penitensiar Xidmətin rəhbərliyinə, Beynəlxalq Qızıl Xaç Komitəsinə və İnsan hüquqları üzrə müvəkkilə (Ombudsman) müraciət edib. Əminə Hacıyeca bildirir ki, Cahangir Hacıyevə yeməy verməməklə onu məhv etmək, öldürmək istəyirlər.

Qeyd edək ki, Cahangir Hacıyevə qarşı yeni ittihamlar irəli sürülüb və o, Penitensiar Xidmətin 1 saylı İstintaq təcridxanasına köçürülüb.