7gun.org Prezidentə və hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət etdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Daxili İşlər Naziri Ramil Usubova və Baş Prokuror Zakir Qaralova ünvanlanan müraciətdə deyilir: "Masallı rayonu Ərkivan qəsəbəsinin sakini Kazımov Elxan Dəmir oğlunun müraciətinə əsasən 7gun.org 24 sentyabr 2018-ci il tarixdə"Uydurulmuş hadisənin istintaq qərarı-Masallıda biabırçılıq" başlıqlı məqalə dərc etmişdi.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti 26 sentyabr 2018-ci il tarixdə həmin məqələ ilə bağlı açıqlama vermişdi. 30 sentyabr 2018-ci il tarixdə biz Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasına birtərəfli və qərəzli olduğuna görə cavab vermişdik.

Dərc edilən məqalədə qaldırılan problemlər sosial və ictimai əhəmiyyətə malik olduğuna görə hüquq mühafizə orqanlarının rəhbərliyi tərəfindən şikayətçi Elxan Kazımovun iştirakı ilə araşdırma aparılıb müvafiq hüquqi tədbirlərin həyata keçirilməsini gözləyirdik.

Lakin hal-hazıra kimi hüquq mühafizə orqanlarının müvafiq strukturları tərəfindən şikayətçinin müraciətində ittiham olunan Masallı rayon Polis Şöbəsinin əməkdaşları barəsində hansı hüquqi tədbirlərin həyata keçirilməsi haqqında ictimaiyyətə və redaksiyamıza heç bir məlumat verilməmişdir.

7gun.org olaraq ümid edirik ki, müraciətimiz obyektiv araşdırılıb ictimaiyyətə məlumat veriləcəkdir".

7gun.org