Baş həkim Cəlil Nəzərov oğurluq da edir?!
Bütün Masalll rayon ictimaiyyəti çox yaxşı bilir ki, bu günə qədər Masallı rayon Mərkəzi xəstəxanasının baş həkimi Cəlil Nəzərovun adı bir çox ilginc işlərdə hallanıb.Xatırladaq ki, mərhum Şirəli Əhədov Masallı rayon İcra Hakimiyyətinin Başçısı olduğu dövrdə bir neçə müxalifət lideri Prezident seçkiləri ərəfəsində şəhərin mərkəzində yerləşən parkların birində görüş keçirən zaman müxalifət liderlərinə qarşı bir ssenari hazırlanıb və həmin ssenarinin də baş "qəhrəmanı" Cəlil Nəzərov olub. Məlumat verən mənbə iddia edir ki, görüş zamanı əvvəlcədən öyrədilmiş rayonun Həsənli kənd sakini daşla Cəlil Nəzərovun başına vuraraq, onu yaralamalı və bu işiə görə müxəlifətçilər "ittiham" olunmalı imiş. Ssenari yazılan formada da icra olunub və Cəlil Nəzərovun başına daş vurulub.
Bir neçə gün bundan öncə Cəlil Nəzərovla bağlı daha bir ilginc məlumat əldə etmişik. Rayondakı etibarlı mənbələrdən
7gun.org-a verilən məlumata görə Cəlil Nəzərov marketlərin birindən oğurluq edəndə obyektin işçiləri tərəfindən yaxalanılıb:" Nə qədər geniş imkanı olsa da, lakin Cəlil Nəzərovu tanıyan hər kəs onun tamahgir olduğunu çox yaxşı bilir. Onun barəsində nə qədər danışsaq, yenə də bitib tükənən deyil. Hazırda Cəlil Nəzərovla bağlı elə bir fakt deyəcəm ki, bəlkə də hər kəs şoka düşəcək. Deməli, Cəlil Nəzərov daim rayonda fəaliyyət göstərən marketlərin birindən alış-veriş edirmiş. O, həmişə marketdən nə isə oğurlayırmış. Marketin sahibi utandığından baş həkimə bir söz demirmiş. Lakin bu oğurluq hadisəsi davamlı olduğu üçün sahibkar onun bu əməlini ifşa etmək qərarına gəlib. Bir neçə gün öncə Cəlil Nəzərov yenidən oğurluq edən zaman iş başında "yaxalanıb". Müəyyən danışıqlardan sonra problemin böyüməsinin qarşısı alınıb". Mənbə Cəlil Nəzərovla bağlı daha ciddi faktların olduğunu bildirdi.
7gun.org olaraq Cəlil Nəzərovun da mövqeyini öyrənə bildik. O, barəsində deyilənlərin əsassız olduğunu bildirib.
Fərid7gun.org -ı sosial şəbəkələrdə izləyin:
1. Facebook2. İnstagram3. YouTube