“İlqar Məmmədova tam bəraət verilməsinə çalışacaq” - F.Ağayev


İlqar Məmmədovun cəzasının yüngülləşdirilməsinə və real həbs müddətinin şərti ilə əvəzlənməsinə baxmayaraq, müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti vermək niyyətindədir.

7gun.org xəbər verir ki, bu barədə Turan-a vəkil Fuad Ağayev bildirib.

"Müsbət cəhət odur ki, məhkəmənin qərarından sonra İlqar Məmmədov azadlığa çıxıb. Məhkəmənin qərarının qalan hissəsi mənfidir. Çünki İlqar Məmmədov yenidən təqsirli bilinir.

Şəki Ağır Cinayətlər Məhkməsinin onu təqsirli bilməsi hökmü qanuni hesab edilib. Sadəcə, cəzasının çəkilməmiş hissəsi şərti hesab olunub. Onun cəzasının çəkilməmiş hissəsindəın artıq müddət, iki il sınaq müddəti hesab edilib. İstənilən halda bununla razı deyilik. Qısa müddətdə kassasiya şikayəti verəcəyik",- F.Ağayev bildirib.