Nazirin orqandan çıxartdığı adamı daha yüksək vəzifəyə kim qaytardı?
Hazırda 9 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Baba Gülməmmədov bundan əvvəl məntəqə tipli cəzaçəkmə müəssisəsində rəis vəzifəsində işləyib. Həmin vaxt məhkumlardan biri özünü asdığı üçün Ədliyyə Naziri Fikrət Məmmədov Baba Gülməmmədovu Ədliyyə orqanlarından xaric edib. Sonradan Baba Gülməmmədovun atası biznesmen Şamil Gülməmmədov küllü miqdar rüşvət müqabilində oğlunu yenidən işə qaytara bilib.
7gun.org-a daxil olan məlumata görə, Baba Gülməmmədovun Bakı şəhərində bir neçə obyekti var. Ticarətdə müyyəyən təcrübəsi olan Baba Gülməmmədov 9 saylı Cəzaçəkmə Müəssisəsini də bazar qaydaları ilə idarə edir. Bir neçə gün bundan öncə 9 saylı Cəzaçəkmə Müəssisəsinin rəis müavini Azər Bağırzadə 100.000 manat verərək başqa vəzifəyə keçirilib. Həmin məbləği Azər Bağırzadə hazırda 9 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Həsən adlı məhkumdan alıb.
Qeyd edək ki, Baba Gülməmmədov və Azər Bağırzadə ilə bağlı olduğca ciddi məlumatlar əldə etmişik.
Həmin məlumatlarla tezliklə 7gun.org-da tanış ola biləcəksiz.