Uşaq bağçalarında və uşaq evlərində acınacaqlı vəziyyət mövcuddur
Ölkədə uşaq bağçalarının və uşaq evlərinin maddi bazasının yaxşılaşdırılmasından ötrü Nazirlər Kabinetinin qəbul etdiyi qərar və layihələrin reallaşması dövlət büdcəsindən ayrılan milyonlarla vəsait hesabına başa gəlir. Lakin ayrılan vəsaitlər təyınatı üzrə xərclənmir.
Araşdırmalarımız göstərir ki, uşaq bağçaları və uşaq evlərinin təminatı üçün ayrılan dövlət vəsaitinin çox hissəsi mənimsənilir. Yerli icra hakimiyyəti orqanları işbirliyində olduqları şirkətlərin iştirakıyla uşaq bağçalarının maddi bazasının yaxşılaşdırılması adı altında dövlət büdcəsindən pul ayrılması üçün formal olaraq tender müsabiqələrini həyata keçirirlər. Tender əməliyyatları vasitəsilə reallaşan büdcə vəsaitlərinin mənimsənilməsində icra hakimiyyətlərinin başçıları, hümanitar məsələlər üzrə müavinlər, icra başçılarının ərazilər üzrə nümayəndələri, uşaq bağçalarının və uşaq evlərinin müdirləri bilavasitə iştirak edirlər.
Uşaq bağçalarında və uşaq evlərində çalışan müəllim və tərbiyyəçilərdən, xadimələrdən, valideyinlərdən və digər texniki işçilərdən yığılan pullar mənimsənilən büdcə vəsaitlərinin yerinə xərclənilir. Nəticədə uşaq bağçalarının və uşaq evlərinin maddi-texniki bazasının və ərzaqla, geyimlə və yatacaq dəstləri ilə təxhizatının yaxşılaşdırılmasından ötrü qəbul edilən qərar və layihələrin icrası həyata keçirilmir. Məhz buna görə də uşaq bağçalarında və uşaq evlərində ciddi problemlər meydana çıxır. Göstərilən problemlər ölkənin bütün ərazisində yaşanır.
7gun.org-a daxil olan məlumatlara görə Ağsu, İsmayıllı, Şamaxı, Zaqatala, Mingəçevir, Qazax, Ağstafa və Tovuz rayonlarında uşaq bağçalarında və uşaq evlərində daha acınacaqlı vəziyyət mövcuddur. Həmin bölgələrin uşaq bağçalarında və uşaq evlərində valideyinlərdən hər ay məcburi haqq alırlar.
Uşaqlara vaxtı keçmiş və keyfiyyətsiz ərzaqlar yedizdirilir. Sanitar-gigiyenik normalara əməl olunmur. Siyahılarda göstərilənlərin əksinə olaraq bağçalara 10-15 nəfər uşaq gəlir. Siyahılarda uşaqların bağçalara gündəlik davamiyyəti 80-100 nəfərə yaxın göstərilir. Şişirtmə rəqəmlərə görə ayrılan büdcə vəsaiti mənimsənilir. Yerli icra hakimiyyəti orqanları faktların ört-basdır edilməsində maraqlıdır.
7gun.org ölkə ərazisində fəaliyyət göstərən uşaq bağçalarının və uşaq evlərində yaşananların ümumi mənzərəsi haqqında əldə etdiyi məlumatları ictimaiyyətə çatdırır.