Ağsu rayonunda bir cox hallarda su sayğaclarına Azəriqazın blomu vurulur. Azərsuyun müasir tapıntılarından biri olan bu yer dəyişmə üsulunu yerli sakinlər təəccüblə qarşlayır. Azəriqaz və Azərsu ayrı-ayrı xidmət sahələridir. Onlarin tarif dərəcələri də, ödəniş hesabları da fərqlidir.
AzərSu vətəndaşlara SOCAR-ın qiymət tariflərinə uyğun xidmət haqqı ödətdirir. Gorünür, su sayğaclarının qazlaşmasından ötrü icra olunan müasir üsul ölkənin digər bölgələrində də mövcuddur. AzərSu SOCAR-ın qiymət tariflərindən saxta yollarla pul qazanır. Vətəndaşların müraciətlərinə əsasən araşdırdığımız mövzu ciddi əhəmiyyətə malikdir. Əhalinin sosial hüquqlarının qorunması üçün müvafiq dövlət orqanları tərəfindən faktlar yoxlanılmalı və ictimaiyyətə məlumat verilməlidir.
" 7GÜN XƏBƏR " qəzetinin internet səhifəsi olan 7gun.org gündəmə çıxarılan mövzu ilə bağlı araşdırmalarını davam etdirəcək.