Bakı şəhəhər Xəzər raynunun Binə qəsəbəsinin adlarının açıqlanmasını istəməyən sakinləri #7gun.org-a məlumat verərək "Donuzçuluq sovxozu" deyilən ərazidə 5 hektar əkin üçün yararlı torpaq sahəsində qəsəbənin bəzi sakinləri tərəfindən qanunsuz tikinti işlərinin aparıldığını bildiirmişlər. Müraciətlə bağlı araşdırma aparıb, faktların doğru olduğunu aşkarladıq.
Xəzər rayon İcra Hakimiyyəti Başçısının Binə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Ərəstun Əlisoy 7gun.org-a şifahi açıqlamasında əkin üçün yararlı torpaq sahəsində aparılan tikintilərə görə hansı təşkilat tərəfindən göstəriş və ya sərəncam verildiyi barədə məlumatsız olduqlarını bildirmişdir.
Binə qəsəbəsinin Bələdiyyə sədri Habil Həmidov da 7gun.org-a şifahi açıqlamasında "Donuzçuluq sovxozu" deyilən ərazinin bələdiyyə mülkiyyətində olmadığını, buna görə də ərazidə aparılan tikinti işləri ilə maraqlanmadığını demişdir.
Onların açıqlamasından Binə qəsəbəsində ərazi nümayəndəliyinin və bələdiyyənin əhalini narahat edən problemlərə seyirçi münasibət göstərmələri qənaətinə gəlmək olar. Qəsəbənin idarəçiliyinin nəsuliyyətini daşıyan bu iki qurum kənar müşahidəçi rolunda çıxış edirlər. Necə olur ki, onların nəzarətindən kənar və ya razılığları olmadan əkin üçün yararlı torpaq sahəsində qanunsuz tikinti işləri aparılır.
Öyrəndik ki, "Donuzçuluq sovxozu" ərazisindəki əkin üçün yararlı torpaq sahələri 2000-2015-ci illər arasında Binə qəsəbəsinin sakinlərinə təssərrüfatla məşğul olmaqdan ötrü icarəyə verilib. Həmin ərazidə tikinti işlərinin aparılması üçün aidiyyatı dövlət orqanlarının rəsmi qərar və sərəncamları yoxdur.
Qəsəbə sakinlərinin 7gun.org-a verdikləri məlumatlara görə tikinti ərazidə qanunsuz tikinti işləri aparan sakinlər Xəzər rayon İcra Hakimiyyəti Başçısının aparatından şifahi razılıq almışlar.
7gun.org Binə qəsəbəsindəki "torpaq hərracı" ilə bağlı araşdırmalar aparır.