General-mayor Vəzir Həsənov son üç ay ərzində ölkədən 20 milyondan çox pul çıxarıb
Artıq heç kimə sirr deyil ki, yüksək çinli məmurların xarici ölkələrdə geniş biznes şəbəkələri var. Onlar rüşvət və korrupsiya hesabına əldə etdikləri milyonları qanunsuz yollarla ölkədən çıxararaq, öz bizneslərini genişləndirirlər.Etibarlı mənbələrdən 7GÜN TV-yə daxil olan məlumatda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Əyyubovun yaxın qohumu olduğunu deyən Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin rəisi, general-mayor Vəzir Həsənov son üç ay ərzində ölkədən 20 milyondan çox pul çıxarıb. O, həmin pullarla xarici ölkələrdə bir neçə daşınmaz əmlak alıb.
Mənbə onda general-mayor Vəzir Həsənovla bağlı digər maraqlı məlumatların olduğunu və o məlumatları yaxın günlərdə bizə təqdim edəcəyinə deyir.
Bu arada ölkədən qanunsuz yollarla külli miqdarda pullar çıxaran məmurlar barədə araşdırmalarımız olacaq.
Aygün