DGK-nin yeni sədri kim olacaq?
Ən şanslı namizədlər: Mətin Eynullayev və Vüsal Novruzov Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev vəzifəsindən azad edilib.
7GÜN TV bakupost.az-a istinadən xəbər verir ki, DGK sədri postuna təyinatla bağlı bir neçə nəfərin adı hallanır.
Lakin onların arasında ən şanslısının Mətin Eynullayev olduğu bildirilir.
Məlumatlı mənbənin bildirdiyinə görə, böyük ehtimalla Səfər Mehdiyevi o əvəzləyəcək.
Qeyd edək ki, Mətin Eynullayev hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədridir. Buna qədər isə o, Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini, vergilər nazirinin müavini (2018-2020), təhsil nazirinin müavini (2017-2018) və Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifələrində çalışıb.
7GÜN TV-yə daxil olan məlumatda isə bildirilir ki, Dövlət Gömrük Komitəsinin yeni sədri Bakı Şəhər Baş Gömrük İdarəsinin sabiq rəisi Vüsal Novruzov ola bilər. O, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun ən yaxın adamlarından hesab olunur.