DYP Nəcməddin Sadıkovun yol qəzası törətməsi barədə məlumat yayıb


Yol polisi Müdafiə nazirinin sabiq birinci müavini, Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun törətdiyi yol qəzası barədə məlumat yayıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, “Toyota Land Cruiser “ markalı, 90 AS 020 seriyalı avtomobili idarə edən vətəndaş Sadıkov Nəcməddin Hüseyn oğlu tərəfindən törədilən yol-nəqliyyat hadisəsinə uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən protokol tərtib olunub.
Yol nəqliyyat hadisəsi sənədləşdirilib, qarşı tərəfə dəyən ziyan ödənilib.
Qeyd edək ki, qəza barədə ilk olaraq bakupost.az saytı məlumat verib.