Bakıda avtomobil piyadanı vuraraq öldürüb


Xətai rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, hadisə rayonun Sarayevo küçəsində qeydə alınıb.
Sumqayıt şəhər sakini S.Məhərrəmova idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Validə Quliyevanı vurub. Qəza nəticəsində ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.