Biləsuvarda iki nəfəri maşın vurub


Biləsuvarda həmyaşıd gəncləri maşın vurub.

Cənub bürosunun verdiyi məlumata görə, piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi rayonun Əsgərabad kəndində qeydə alınıb. "VAZ-2107" markalı avtomobil 2005-ci il təvəllüdlü kənd sakinləri - Kənan Nizami oğlu Əmirovu və Coşqun Ələddin oğlu Qəhrəmanovu vurub. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılan gənclərin vəziyyəti ağır qiymətləndirilir.