Salyanda “Azərişıq” əməkdaşını cərəyan vuraraq öldürüb


Salyan rayonunda bədbəxt hadisə baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan rayonu 1-ci Varlı kəndi ərazisində Salyan Elektrik Şəbəkəsində simkeş (montyor) vəzifəsində çalışan 1987-ci il təvəllüdlü Miriyev Namus Əliverdi oğlunu transformatorda iş başında olarkən cərəyan vurub. N.Miriyev hadisə yerində öldürüb.
Faktla bağlı araşdırma aparılır.