Vüqar Abbasovla Zəka Allahverdiyevin daha hansı qaranlıq işlərdə əlbir olurlar?


Bir neçə gün öncə Cahan Holdingin rəhbəri Vüqar Abbasov və sözügedən holdingin törəmə şirkəti olan Şah-96 MMC-nin direktoru Zəka Allahverdiyev əl-ələ verib böyük həcmli maliyyə fırıldaqlı etmələri barədə məlumat vermişdik.

Etibarlı mənbəyə istinad edərək Vasif Talıbovun ən yaxın adamlarından olan iş adamı, Cahan Holdingin prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin VI çağırış deputatı Vüqar Abbasov da həbs olunacağını bildirmişdik. Artıq o, müvafiq dövlət orqanına gətirilib və saatlarla dindirilib. Belə bir məlumat var ki, Vüqar Abbasovun qarşıda onu təhlükə gözləyir. Hətta məlumatda o da qeyd edilir ki, bütün bunları əvvəlcədən fikirləşən Vüqar Abbasov son günlər milyonlarla vəsaitini qanunsuz yollarla ölkədən çıxarıb. Cahan Holdingin Prezidenti hazırda başqa-başqa adamların adına aldığı əmlaklarını satışa çıxarıb. Görəsən onun Qərb bölgəsində neçə obyekti var və onlar kimlərin adlarına rəsmiləşdirilib? Şah-96 MMC-nin direktoru Zəka Allahverdiyev təkcə Gəncə şəhərində dostu Vüqar Abbasov üçün dəyəri 15 milyon olan obyekti 8 milyona alıb. Məlumat görə həmin obyekt Vüqar Abbasovun qızının adınadır.

Cahan Holdingin Prezidenti Vüqar Abbasovla bağlı proses davam etdiyi bir vaxtda, onun sağ əli hesab olunan, Şah-96 MMC-nin direktoru Zəka Allahverdiyev məsuliyyətdən kənarda qalacaq? O, cavan olmasına baxmayaraq, çox zəngin adamdır. Onun da ölkənin əksər rayonlarında obyektləri və evləri vardır. Məlumatda bildirilir ki, o, əmlaklarının əksəriyyətini qeyri-rəsmi həyat yoldaşının adına sənədləşdirilib. Onun həmin qadından olan oğlu üçün çox geniş şərait yaradır.

Şah-96 MMC-nin direktoru Zəka Allahverdiyev ölkə üzrə siqaret satışı ilə məşğul olur. O, bu işdən hər gün külli miqdarda gəlir əldə edir. Onun əməllərindən sahiblərinin xəbəri varmı? Vüqar Abbasovla Zəka Allahverdiyevin daha hansı qaranlıq işlərdə əlbir olurlar?

Bu və digər ilginc məsələlər barədə növbəti yazılarımızda.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.