Vüqar Abbasovla Zəka Allahverdiyev də həbs oluna bilər?


Dövlət Təhlükəsizlik Xidmətində başlanmış cinayət işi üzrə Naxçıvanın bir neçə vəzifəli şəxsləri həbs olundu. Hazırda Naxçıvanla bağlı aparılan əməliyyatların davamı olaraq daha kimlər həbs oluna bilər? Yəqin ki, bu sualın cavabı hamı üçün maraqlıdır. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə bundan sonra həbslər olacaq.

Mənbə deyir ki, bundan sonra Vasif Talıbovun ən yaxın adamlarından olan iş adamı, Cahan Holdingin prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin VI çağırış deputatı Vüqar Abbasov da həbs olunacağını iddia edir. Qeyd edək ki, Cahan Holdingdə küllü miqdarda vergidən yayınma halları vardır. Bu barədə araşdırmalarımızdan sonra ətraflı məlumat verəcəyik.

Bu arada onu da qeyd edək ki, Cahan Holdingin törəmə şirkəti olan Şah-96 MMC ilə bağlı da çox ciddi məlumatlar mövcuddur. Şah-96 MMC-nin direktoru Zəka Allahverdiyevdir. O, Vüqar Abbasovun sağ əli kimi tanınır. Deyilənlərə görə Zakir Allahverdiyev də az aşın duzu deyil. Onun da özünəməxsus qaranlıq işləri var. Zəka Allahverdiyev Gəncə şəhərində dostu Vüqar Abbasov üçün dəyəri 15 milyon olan obyekti 8 milyona alıb. Həmin obyekt Vüqar Abbasovun ən yaxın adamının adına rəsmiləşdirilib. Mövzunu davam etdirəcəyik.