Daha bir jurnalist “Toplum TV işi” üzrə dindirilib


Samirə Əliyeva: "İstintaq sirrini açıqlamamaq öhdəliyinə görə detalları açıqlaya bilmirəm.

7GÜN XƏBƏR Turan-a istinadən xəbər verir ki, iyulun 10-da müstəqil jurnalist Samirə Əliyeva Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. O, “Toplum TV işi” üzrə 4 saat şahid qismində dindirildikdən sonra sərbəst buraxılıb.

"İstintaq sirrini açıqlamamaq öhdəliyinə görə detalları açıqlaya bilmirəm. Mənə hər hansı psixi və ya fiziki təzyiq olmadı", - Əliyeva deyib.

Qeyd edək ki, ötən ilin sonundan Azərbaycanda “Toplum” TV və “Abzas Media” işləri üzrə onlarla jurnalist və fəal dindirilib.

Bu işlər üzrə 14 nəfər həbs edilib, daha iki nəfərin barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.