Tofiq Yaqublunun məhkəməsinə gələn fəallar cərimələndi
İyunun 21-də Bakır Ağır Cinayətlər Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublunun məhkəməsinə gələn fəallar saxlanılıb.7GÜN XƏBƏR Amerikanın Səsi-nə istinadən xəbər verir ki, siyasətçinin məhkəməsini izləməyə gələnlərin əksəriyyəti məhkəmə zalına buraxılmayıblar. Məhkəmə prosesi gedən zaman Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Əbülfəz İmaməliyev və ictimai fəal Cəmil Hacıyev məhkəmənin qarşısında zorakılıqla polis maşınına mindirilərək saxlanılıblar.
Hər iki fəal Nəsimi Rayonu 22-ci Polis Bölməsinə aparılıblar. Fəallar iyunun 21-də axşam saatlarında cərimələnərək, sərbəst buraxılıblar.
Polis bölməsində fəallar haqqında inzibati protokol tərtib edilib, biri 50, digəri isə 100 manat cərimələnib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən mövqe almaq mümkün olmayıb.