Hüquq müdafiəçisi Əlövsət Sadıqlı Bakı şəhər Prokurorluğuna çağırılıb
7gun.org xəbər verir ki, bu barədə o, özünün feysbuk səhifəsində məlumat yayıb. Əlövsət Sadıqlı sabah, yəni 18.11.2019-cu il tarixdə saat 10.00-da Bakı Şəhər Prokurorluğunda olacağını bildirib:
"Müstəntiq Emin Cəlilov telefonla zəng edərək, dəvət edib.
Bildirdi ki, Oktay Gülalıyevlə bağlı internet televiziyalarda etdiyim çıxışlarla bağlı prokurorluğa müraciət daxil olub və dəvət də onunla əlaqədardır. Hansı qismdə dəvət olunduğumu və müraciət edənin (və ya şikayətçinin) kim olduğunu bilmirəm.
Yazdım ki, xəbəriniz olsun, haraya getdiyimi biləsiniz..."-deyə o bildirib.