Yadigar Sadıqlı polis şöbəsinə çağırılıb


Müsavat Partiyasının idarə heyətinin üzvü Yadigar Sadıqlı noyabrın 1-də Lənkəran rayon polis şöbəsinə çağırılıb. Orada müxalifətçini sosial şəbəkələrdə fəallığı və hakimiyyətin ünvanına tənqidləri ilə bağlı dindiriblər. Söhbəti rayon şöbə rəisinin müavini Faiq İlyasov aparıb.

7gun.org xəbər verir ki, Sadıqlı Turan-a bildirib ki, onu əvvəllər də polisə çağırıblar və sosial şəbəkələrdə nəşrləri ilə bağlı şifahi xəbərdarlıqlar ediblər.

2013-cü ildə o, xuliqanlıq ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Amma Sadıqlı və partiyadan olan həmkarları təqibin siyasi motivli olduğunu bildiriblər. "Amnesty İnternational" təşkilatı onu "vicdan məhbusu" kimi tanıyıb.

2016-cı ilin martında Sadıqov əvf olunub.