Emin Saqiyev 7 il müddətinə azadlıqdan məhrum edilib


Dünən Bakı Ağır Cinayətlər Məhkəməsi Emin Saqiyevi böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edib.

O, Xalq Cəbhəsi Partiyasının fəalı, jurnalist, Avropadan yayımlanan müxalif "Turan TV" telekanalının aparıcılarından biri Türkel Azərtürkün bacanağıdır.

Azərtürk hesab edir ki, Saqiyev onun jurnalist fəaliyyətinə görə təqib edilir. O xatırladıb ki, əvvəllər Azərbaycanda siyasi mühacirətdə yaşayan jurnalistlərin - Qənimət Zahidin, Emin Millinin qohumları həbs və mühakimə edilib.

Sagiyev 2017-ci ilin noyabrında həbs edilib. Bir neçə gün əvvəl Saqiyev vəkilləri vasitəsilə bildirib ki, Azərtürkün siyasi baxışlarını bölüşmədiyini və heç vaxt onun hökumət əleyhinə fəaliyyətində iştirak etmədiyini, onunla əlaqə saxlamadığını bildirib.

Onun sözlərinə görə, DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsində Azərtürklə əlaqə saxlanmasının "dəlili" kimi onun Azərtürkün övladının dünyaya gəlməsi məqsədilə təbriki göstərilib.

"Günahsız insanların, onların ailələrinin 3-cü dərəcəli qohumlara görə həyatının məhv edilməsi ədalət sayıla bilərmi?", deyə Saqiyev bildirib. O, yerli hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb. Müdafiə tərəfi hökmdən şikayət vermək niyyətindədir.

/Turan.az/