Vüqar Rzalı həbs edilib


Müsavat Partiyasının Cəlilabad rayon təşkilatının fəalı Vüqar Rzalı iyulun 12-də yerli məhkəmə tərəfindən inzibati qaydada 20 günlük həbs edilib.

7gun.org xəbər verir ki, bu barədə Turan-a Müsavat Partiyasının sədr müavini Səxavət Sultanlı bildirib.

Onun sözlərinə görə, Rzalı iyulun 11-də heç bir izahat verilmədən saxlanılıb. Müsavat Partiyasında Rzalının həbsinin sosial şəbəkələrdə fəallığı ilə bağlı olduğunu hesab edirlər.