Bu qədər absurd və SMMM üzvlərinə hörmətsizlik olaraq...
Dünən Avropada yaşayan siyasi məhbusların MTN qovğası geniş vüsat almaqda davam edib. Qalmaqalın nəticəsi olaraq, "Siyasi Məhbusları Müdafiə Mərkəzi"nin (SMMM) üzvüləri masa arxasına yığışmağa məcbur oldular. Dünənki müzakirənin detallarını facebook səhifəsində paylaşan, SMMM-in üzvü Taleh Xasməmmədovun fikirlərini 7gun.org-ın oxucularına təqdim edirik:."Dünən "Siyasi Məhbusları Müdafiə Mərkəzi"nin (SMMM) növbəti iclasını keçirdikİclasda əsas müzakirəsi mövzusu siyasi mühacirlərin "Avropa İşi" hesabatı, siyasi məhbus siyahısının yenilənməsi və cari məsələlərdən ibarət oldu. İclasda mən, Oktay Gülalıyev, Eldaniz Quliyev, Zəfər Əhmədov, Hilal Məmmədov, Əlövsət Əhədoğlu Sadıqlı və Elşən Həsənov iştirak edib. 3 saata qədər davam edən müzakirələrdə SMMM üzvləri arasında müxtəlif fikir ayrılıqları olduğuna görə, "Avropa İşi" hesabatının müzakirəsinin daha geniş tərkibdə aparılması üçün növbəti iclasa keçirilməsi barədə yekun qərar qəbul olundu.
İnanılmaz yanlışlıq və ya məqsədli təxribat!Nəhayət...Qərar qəbul olunduqdan sonra iclas bitdi və Oktay bəy iclası tərk edərək getdi. Həmişə olduğu kimi iclasdan sonra orada qalanlarla ayaq üstü qısa söhbətlərimiz oldu. Həmin söhbət əsnasında Hilal Məmmədov təklif etdi ki, "qərarda yazılsın ki, müzakirələr təxirə salınsın". Həmin vaxt elə yekun qərarın o cür olduğunu mən və Əlövsət bəy təsdiq etdik. Biz otaqdan çıxarkən (artıq iclas bitmişdi) Zəfər Əhmədov son təklif olaraq bildirdi ki, (hansı ki, o iclas boyu neytral mövqe tutmuşdu) yekun qərarda qeyd olunsun ki, "Avropa İşi" hesabatı yenidən araşdırılması üçün geri qaytarılsın". Əlövsət bəy və mən bunun mümkün olmadığını, həmçinin növbəti iclasda geniş tərkibdə müzakirə olunacağını qeyd edərək otaqdan çıxdıq.
Bundan sonra...!
Məlum oldu ki, hörmətli Eldaniz Quliyev Facebook sosial şəbəkəsində SMMM adından qərar elan edib ki, guya "Avropa İşi" hesabatı yenidən araşdırılması üçün geri qaytarılıb. Yəni bu qədər absurd və SMMM üzvlərinə hörmətsizlik olaraq...
Nizamnaməyə görə qərarların qəbul olunması üçün iclasda üzvlərin yarıdan çoxu (yəni 12 nəfərin yarısından çox) iştirak etməli və qəbul edilən qərarlar iştirak edənlərin səs çoxluğu ilə qəbul olunur. Səsvermə hüququ 11 nəfərə aiddir, yəni digər üzv Leyla Yunus Skype vasitəsilə heç bir halda səs verə bilməz.
İndi hesabat istəyirəm!
İclasdan sonra 4 nəfər - Eldəniz Quliyev, Zəfər Əhmədov, Elşən Həsənov və Hilal Məmmədov hansı səbəbdən və maraqlardan yetərsay olmadan tez-tələsik bu cür qənaətə gələrək özlərinə məxsus "qərar" qəbul ediblər? Bu nə acalə bəylər? Siz Azərbaycanda son vaxtlar 100-lərlə siyasi məhbusu müdafiə edən təşkilatı dağıdaraq sıradan çıxarmaq istəyirsiniz, yoxsa belə bir "qərar" qəbul etməyə sizi vadar edən ciddi səbəblər var?"