Həbsdəki jurnalist aclığ aksiyasını dayandırdı
Hüquq müdafiəçisi Oqtay Gülalıyev Şəfəq Ağacanla bağlı çağırış etdi.Bakupress.az saytının baş redaktoru Shefeq Agacanın səhhətinin ağırlaşması səbəbindən aclıq aksiyasını dayandırıb. Bu gün oğlu Fuad onunla görüşüb. O bildirib ki, aclııq aksiyası anasının durumuna çox pis təsir edib. Amma buna baxmayaraq anası mübarizəsini davam edirir və ictimaiyyətdən dəstək istəyib.
7gun.org xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev özünün feysbuk səhifəsində məlumat yayıb. O bildirib ki, cəmiyyətimizin bəlası olan narkotikaya qarşı mübarizə apardığına görə narkomafiya və dərman mafiyası tərəfindən şərlənib həbs olunan, bu gün tək buraxılan və ölümə sürüklənən jurnalist xanım Şəfəq Ağacan bizdən dəstək istəyirsə nədən biz ona dəstək olmayaq?
Oqtay Gülalıyev Şəfəq Ağacana azadlıq tələb edib və hər kəsi onun müdafiəsinə qalxmağa çağırıb.