"Bu “mübarizə” bumeranq təsiri yaradır…"-Oqtay Güalıyev
Avropada siyasi mühacir həyatı yaşayan Ramil İsgəndərlinin atasına təzyiqlər edilir.7gun.org xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev özünün feysbuk səhifəsində məlumat yayıb:
“Hakimiyyətin mühacirlərə və onların ailələrinə qarşı təqib kampaniyası davam edir.
Almaniyada mühacir həyatı yaşayan, ölkəmizdə hökm sürən avtoritarizmi tənqid edən, bu yöndə keçirilən aksiyalarda fəal iştirak edən Demokratik Azərbaycanı Seç (DAS) təşkilatının üzvü Ramil İsgəndərlinin atası Müşviq İsgəndərli prokurorluğa çağrılıb təhdid olunur. Ondan övladının Avropadakı fəaliyyətinə son qoyması tələb edilir. Bildirilir ki, əks təqdirdə onun ölkədən çıxışına yasaq qoyulub özünü cəzalandıracaqlar.
Hakimiyyətdəkilər hələ də anlayıb qəbul etmir ki, ata oğula və ya oğul ataya görə məsuliyyət daşımır. Və övlada görə ataya təzyiq etmək mübarizə yolu deyil. Bu “mübarizə” bumeranq təsiri yaradır…
Mühacirlərdən əl çəkin, sivil mübarizə aparın”- deyə Oktay Gülalıyev bildirib.