Valeh Nesibovun yaxınlarına təzyiq edirlər


Hüquq müdafiəçisi Oktay Gülalıyev feysbuk səhifəsində paylaşım edib: Həmin statusda "07 martda Almaniyanın Düsseldort şəhərində "Siyasi məhbuslara azadlıq" tələbi ilə soydaşlarımızın keçirdiyi aksiyanın təşkilatçılarından olan Valeh Nesibovun atasını, qayınatasını və qaynını polisə çağırıb təzyiq edirlər.

Onlardan mühacir qohumlarının açıqlamlarına, fəaliyyətinə son qoyması, paylaşdığı status və şəkilləri silməyi tələb edirlər...

Valeh Nesibovun atası ilə görüşüb onlara olan təzyiqlərə etirazımızı bildirdik, dəstəyimizi ifadə etdik.

Biz hər zaman xarici ölkələrdə Azərbaycan davası aparan fəal, mübariz soydaşlarımızın yanındayıq. Və bir daha aidiyyatı qurumları onların ailə üzvlərindən əl çəkməyə çağırırıq!"