Şura Əmiraslanova oğluna təzyiq göstərildiyini bildirib
Gənc fəal Qiyas İbrahimovun anası Şura Əmiraslanova 2 saylı koloniyada oğluna təzyiq göstərildiyini bildirib."Koloniyada ona güclü təzyiq edirlər", - Ş.Əmiraslanova Turan agentliyinə bildirib.
Onun sözlərinə görə, bu, Qiyasın həbsdə olan bloger Mehman Hüseynova dəstək olaraq aclıq etdiyi dövrdə olub.
"Bu, əvvəl olub, ancaq axşam mən bir daha bunun şahid oldum. Qiyas mənimlə məktub göndərdi, lakin məktubu məndən aldılar. Məktub yazmaq Qiyasın hüququdur", - ana deyib.
Bundan əlavə, aclıqdan sonra onun oğlunu telefon zəngləri hüququndan məhrum ediblər və onu izləyirlər.
Ana BQXK-ya və digər beynəlxalq təşkilatlara müraciət edərək oğluna baş çəkmələrini xahiş edib.
Ondan aldıqları məktuba gəlincə, Q.İbrahimov məktubda bloger Mehman Hüseynovla koloniya əməkdaşının barışmasını müsbət qiymətləndirib.
*Qiyas İbrahimov 2017-ci il mayın 10-da Bayram Bayramovla birlikdə Heydər Əliyevin abidəsinin üzərinə siyasi şüarlar yazdıqdan sonra həbs olunub.
Lakin onları narkotik maddənin qanunsuz dövriyyəsində ittiham edərək 10 il azadlıqdan məhrum ediblər.
Sonradan Q.İbrahimov Bakı Apellyasiya Məhkəməsinin "hakimlərini təhqir etdiyinə görə" daha üç ay həbs cəzasə alıb.
Amnesty International beynəlxalq hüquq-müdafiə təşkilatı hər ki fəalı vicdan məhbusu kimi tanıyıb.