"Siyasi məhbuslarla bağlı vəziyyəti və s. müzakirə etdik"-Oqtay Gülalıyev


Gürcüstanda səfərdə olan Siyasi Məhbusları Müdafiə Mərkəzinin (SMMM) koordinatoru Oqtay Gülalıyev Human Rights House (HRH) təşkilatının koordinatoru Natia Tavberidze ilə görüşüb.

7gun.org-ın məlumatına görə bu barədə hüquq müdafiəçisi özünün feysbuk səhifəsində məlumat yayıb:

“Bu gün Siyasi Məhbusları Müdafiə Mərkəzinin (SMMM) üzvü Zəfər Əhmədovla bir yerdə Tbilisidə Human Rights House (HRH) təşkilatının koordinatoru Natia Tavberidze və əməkdaşları ilə görüşdük. Bu görüş son 7 ildən sonra ölkə xaricində beynəlxalq təşkilatla keçirdiyim ilk rəsmi görüş idi.

Görüşdə HRH- la təmsil etdiyimiz təşkilat arasında əməkdaşlıqla yanaşı Azərbaycanda insan haqlarının durumu, siyasi məhbuslarla bağlı vəziyyəti və s. müzakirə etdik. Qərara gəldik ki, əməkdaşlığımız davamlı olsun. Siyasi məhbuslarımıza diqqət və dəstək dünyanın hər yerində hiss olunur…

İnanırıq ki, yerli və beynəlxalq ictimaiyyətin dəstəyi ilə siyasi məhbuslarımızın azadlığına nail olacağıq!”