Siyasi Məhbuslara qarşı təzyiqlər davam edir-FOTO


7gun.org xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Oktay Gülalıyev özünün feysbuk səhifəsində məlumat paylaşıb. O, qeyd edib ki, həbsdə olan siyasi məhbuslara qarşı təzyiqlərin yeni dalğası başlayıb. Araşdırmaçı jurnalist Efqan Muxtarli AŞPA- nın siyasi məhbuslar üzrə məruzəçisi Sunna Thorhildur və AŞPA komissarı Dunya Myatoviçlə görüşdən sonra onun vəkili Nemat Kerimli 16 saylı CÇM- də zorakaılğa və təhqirlərə məruz qalıb. Vəkilinə qarşı baş verənlərə etiraz edən jurnalist bu gündən aclıq aksiyasına başlayıb. O, vəkilinə kobudluq edən Emin Əliyev daxil olmaqla CÇM-nin əməkdaşlarının cəzalandırılmasını tələb edir:

"... Gəncə məhbusları ilə bağlı məhkəmə hökmü Apelliyasiya instansiyasında hüquqi qüvvəyə mindikdən sonra onların CÇM- lərə köçürülməsi prosesi başlayıb. Amma burda da həmin məhbuslara qarşı diskriminasiya, psixoloji və ayrı- seçkili münasibət göstərilir. Tanınmış dustaqların, xüsusən siyasi məhbusların Gəncə məhbusları il görüşməsinə, təmas etməsinə imkan vermirlər. Bunu edən dustaqlar heç bir əsas olmadan cəzalandırılır. Bu gün 6 saylı CÇM- də saxlanılan Ahsan Nuruzade rəhbərliklə görüşə çağrılıb. Bir neçə saat davam edən görüşdən sonra o, "kars"-a salınıb. Yaxınlarından əldə etdiyimiz məlumata görə son zamanlar Ahsan Nuruzadeyə təzyiqlər və nəzarət artıb. Ona Gəncə məhbusları ilə təmas qurmamaq üçün bir neçə dəfə əsassız olaraq xəbərdarlıq edilib (!?). Onun "kars"-a salınma səbəbi və müddəti bilinmir...

Eyni zamanda həbsdə olan, səhhətində problemlər yaşanan siyasi məhbusların müalicəsinə imkan verilmir. Ailə üzvlərinin verdiyi məlumata görə İslam partiyasının fəalı, siyasi məhbus Ruhulla Axundzadənin sağlıq durumu getdikcə pisləşir. Penitensiar Xidmət onu müalicə etmək əvəzinə səhhəti ilə bağlı problemin ictimailəşməsinə dair sorğu- sual edirlər (!?) və s.

Görürsünüzmü, hakimiyyət öz vətəndaşları ilə necə amansız rəftar edir? Adamı qonşu ölkədən başına torba keçirib özünü döyə- döyə gətirib həbs edirlər, vəkilinə isə zor tətbiq edirlər. Başqa bir şəxsi yenə oğurlayıb cibinə nakrotika atıb həbs edirlər, ürəkləri bununla da soyumur həbsxanada da "kars"-a salırlar. Başqa bir iman əhlini, ağsaqqal adamı inanclı olduğuna, onlara biət etmədiyinə görə şərləyib həbs edir, 8 il həbsdə saxlayırlar. Adam həbsxanada infarkt keçirir, müalicəsinə imkan verməyib göz görə- görə ölümə sürüküləyirlər. Sonra da utanıb qızarmadan insan haqlarından, analoqsuz inkişafdan danışırlar. Burda deyirlər: Utanmasan oynamağa nə var ki!?

Hamını baş verənlərə laqeyd qalmamağa, şərlənib həbs olunan şəxsləri qətiyyətlə müdafiə etməyə, birliyə və mübarizəyə çağırırıq!"-deyə Oktay Gülalıyev bildirib.
Siyasi Məhbuslara qarşı təzyiqlər davam edir