İşgəncələr əleyhinə kampaniya keçirilir
Repressiya və İşgəncələr Əleyhinə Komitə bu şəxslərdən ibarət Təşkilat Komitəsi yaratdı7gun.org xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Oktay Gülalıyev özünün feysbuk səhifəsində məlumat yayıb. O, bildirib ki, "İşgəncələrə son qoyulsun" adlı 10 günlük ictimai kampaniya keçirməyə qərar verdik:
"Aldığımız çox saylı mesajları, təklifləri, cəmiyyətin narahatlığını, mövcud vəziyyəti və problemin vacibliyini nəzərə alara Repressiya və İşgəncələr Əleyhinə Komitə olaraq belə bir kampaniyanın keçirilməsinə qərar verdik. Aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaratdıq:
1. Eldəniz Quliyev
2. Namizad Safarov
3. Əlövsət Sadıqlı
4. Oktay Gülalıyev
5. Nigar Hezi
6. Rövşən Əhmədli
7. Irada Nariman
8. Zafar Ahmadov
9. Nasir Aliyev
Təşkilat Komitəsinin tərkibi qoşulmaq istəyənlər üçün açıqdır.
29 oktyabr saat 14.00- da mətbuat konfransı keçirərək kampaniyanı başlayacağıq və görəcəyimiz işləri orda elan edəcəyik.
Gəlin zorakalığa, işgəncələrə bir yerdə etiraz edək!"-deyə Oktay Gülalıyev bildirib