Polislərin müdaxiləsi nəticəsində çoxlu sayda aksiyaçı saxlanılıb



7gun.org xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyada Moskva və Sankt-Peterburq başda olmaqla bir neçə şəhərdə minlərlə insan pensiya yaşının yüksəldilməsinə etiraz olaraq aksiya keçiriblər.

Aksiyaçılar hökumət əleyhinə şüarlar səsləndiriblər və pensiyalarla bağlı qanuna dəyişikliyin ləğv edilməsini tələb ediblər.

Polislərin müdaxiləsi nəticəsində çoxlu sayda aksiyaçı saxlanılıb.

Qeyd edək ki, Rusiyada pensiya yaşı gələn ildən etibarən bir neçə il ərzində mərhələli şəkildə kişilər üçün 60-dan 65-ə, qadınlar üçün isə 55-dən 63-ə yüksəldiləcək.