"Demokratiya Naminə Həmrəylik İçtimai Birliyi..." adlı təşkilat yaradıldı
Yeni təşkilat yaratdıq- Demokratiya Naminə Həmrəylik İçtimai Birliyi..."Demokratiya Naminə Həmrəylik İçtimai Birliyi..." adlı yeni yaradılmış təşkilatın rəhbəri Rövşən İldırım şəxsi feysbuk səhifəsində bununla bağlı məlumat paylaşıb. 7gun.org olaraq həmin paylaşımı diqqətinizə çatdırırıq.
"Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik günüdür. Əvvəla hamının bayramını təbrik edirəm. Sözün gerçək mənasında xalqımıza həmrəylik arzulayıram. Amma təəssüflər olsun ki, nə qədər cəhd etsək də biz hələ ki həmrəyliyə nail ola bilməmişik. Ölkəmizin demokratikləşməsini, azad, sivil cəmiyyətin formalaşmasını, qanunların şah olmasını təmin edə bilməmişik. Hesab edirik ki, bizi bir araya gətirən, birləşdirən bir çox dəyərlər var ki,onlardan biri də ölkəmizin demokratikləşməsıdir. Məhz ölkəmizin demokratikləşməsi dövlətimizin və xalqımızın inkişafı, hər bir vətəndaşın azad, güvənli, firavan yaşaması deməkdir. Hətda Qarabagımızın azadlıgına gedən yol da ölkəmizin demokratikləşməsindən keçir. Çünki, demokratik Azərbaycan güclü, qüdrətli, Azərbaycan deməkdir...
Məhs bütün bunları nəzərə alaraq, ölkəmizin demokratikləşməsınə tövhə vermək niyyəti ilə bu gün - 31 Dekabr Həmrəylik günündə mühüm bir addım atdıq. Demokratiya Naminə Həmrəylik İçtimai Birliyini yaratdıq. İnanıram ki, bu addım dövlətimiz, xalqımız üçün xeyirli və ugurlu olacaq.
Demokratiya naminə hər kəsi həmrəyliyə, birgə fəaliyyətə çagırırıq!