Xarici İşlər Nazirliyindəki Bəbir narkomandır?


Ölkədə narkotik vasitələrdən istifadə edənlərin sayı sürətlə artmaqdadır. Hətta, mühüm dövlət qulluğunda çalışanların, tanınmış iş adamlarının sıralarında narkotik vasitələrdən asılılığa düşənlərin adları hallanır.

7gun.org-a daxil olan məlumatda Xarici İşlər Nazirliyində Bəbir adlı vəzifəli bir şəxsin narkotik və psixotrop maddələrdən mütəmadi olaraq istifadə etməsi bildirilir.

Xarici İşlər Nazirliyində mühüm vəzifə sahibinin narkomaniyaya qurşanması adi bir məsələ deyildir. Şübhəsiz ki, Xarici İşlər Nazirliyinin rəhbərliyi 7gun.org-ın məlumatından sonra Bəbir adlı vəzifəli şəxsin sağlığ durumunun yoxlanılmasından ötrü zəruri tibbi müayinələrin həyata keçirilməsini təmin edəcəkdir.

Vidadi Qardaşəlioğlu