Oktay Gülalıyev:"Müalicəyə ehtiyacı olan məhbusları müalicə edin"


Həbsdə olan siyasi məhbuslara qarşı ayrı- seçkili, qisasçı münasibət davam edir. Nardaran məhbusu, bədənini 80%-i iflic vəziyyətdə olmasına baxmayaraq heç bir insanlıq dəyələrinə sığmayaraq həbsdə saxlanılan Əbülfəz Bünyatovun vəziyyəti kritikdir. Xarici ölkədə əməliyyat olunarsa yaşamasına azacıq ümid olduğu halda ağır xəstə, günahsız bir insanı həbsdə saxlamaq insanlıq adına utancdır...

7gun.org xəbər verir ki, bu sözləri tanınmış hüquq müdafiəçisi Oktay Gülaliyev özünün feysbuk səhifəsində yazıb.

"Digər siyasi məhbus, 8-ci ildir ki, qanunsuz həbs həyatı yaşayan Ruhulla Axundzadənin səhhətində də ciddi problemlər yaranmasına baxmayaraq müalicə olunmasına imkan vermirlər.

Bir neçə ildir ki, davamlı olaraq onun səhhəti kəskin şəkildə pisləşir. Ayaqları şişir, təzyiqi düşmür. Gözləri yaxşı görmür, ürəyində və böyrəyində problemlər var. İnfakt keçirib, 2- ci qrup əlildir. Şəraitsiz şəkildə saxlandığına və davamlı müalicə almadığına görə səhhətində olan fəsadlar artır. Bütün bunlara baxmayaraq onu normal şəkildə müalicə etmirlər...

Tarixdə onlarla, yüzlərlə müharibələr olub ki, qarşı tərəf əsir aldığı yaralı, xəstə insanların müalicəsinə imkan şərait yaradıb, onları sağaldıb. Təssüflər olsun ki, bu hakimiyyət şərləyib həbs etdiyi, sap- sağlam girov götürüb xəstə vəziyyətinə saldığı günahsız insanların müalicə olunmasına imkan vermir. Öz vətəndaşına qarşı anoloqu olmayan münasibət göstərir. Maraqlıdır, Ədliyyə nazirliyi Baş Tibb İdarəsinin rəisi Rəfael Mehdiyev və digər məsul şəxslər hara baxır? Görəsən onlar fərqində deyillərmi məhbuslara görə məsuliyyət daşıdıqlarının?

Müalicəyə ehtiyacı olan məhbusları müalicə edin. Zamanı gələr sizlərin də yolu ordan düşər. Onda bilərsiniz ki, xəstə məhbuslara qarşı amansız olmaq nə deməkdir və onun bədəli nədir...

Ruhulla Axundzadə və Əbülfəz Bünyatov başda olmaqla səhhətində problemlər olan bütün siyasi məhbusların müalicə olunması və azadlığa buraxılmasını bir daha tələb edirik!"-deyə Oktay Gülaliyev bildirib.