"Ya partiyanı Elçibəy əxlaqına uyğun idarə et, ya da istefa ver"-Oktay Gülalıyev


Hüquq müdafiəçisi Mirmahmud Mirəlioğluna çağırış etdi

Bir neçə gün öncə KXCP Ali Məclisinin sessiyası keçirilib. Dəvət olunmadığıma və başqa toplantıya qatıldığım üçün iştirak etmədim. Yetərsay alınmayan məclisdə deyilənə görə hansısa formada yetərsayı aldırıb iclas keçiriblər. Bunu daha yaxşı məclis üzvü Nisehanim Bey bilər. Sözüm onda deyil...

7gun.org xəbər verir ki, bu sözləri tanınmış hüquq müdafiəçisi Oktay Gülaliyev özünün feysbuk səhifəsində yazıb:

"Gözləyirdim ki, 9 ay bundan öncə partiya rəhbərliyinə- sədr Mirmahmud Mirəlioğluna, İdarə heyətinə, Ali Məclisə və MNTK- na ünvanladığımız müraciət müzakirə olunub qərar veriləcək. Partiyanın Ağsu rayon şöbəsindən 30-a yaxın gənc də üzvü olduqları dayaq dəstəsinin qeydiyyata alınması və Qurultayda iştirakla bağlı 15 ay öncə anoloji müraciət edib. Amma nəinki müraciətlər müzakirə olunub cavablandırılıb, o barədə heç müzakirə də olmayıb...

9 aydır ki, M. Mirəlioğluna müraciət etmişəm ki, desin görək partiya Nizamnaməsinin hansı bəndini pozmuşam ki, onun israrlı təklif və təkidi ilə bu ilin fevral ayında KXCP Ali Məclisin üzvlüyündən çıxarılmışam? Adam susur. 9 aydır ki, özü bilərəkdən Partiya Nizamnaməsini və "İnformasiya əldə etmək haqqında" Qanunun tələblərini pozaraq sorğunu cavablandırmır. Ona və partiya rəhbərliyinə ünvanladığımız müraciəti müzakirəyə çıxarmır. Partiyanın özü və strukturları iflic vəziyyətdədir. Sədr aparatı, müavinlər naməlum səbəblərdən onun tərəfindən 1 ildən çoxdur buraxılıb, MNTK dağılıb. Rayon şöbələrində Qurultayla bağlı konfranslar keçirilmir və ya formal keçirilir. Son aylar ara- sıra keçirilən konfranslar Mirəlioğlunun planı əsasında namizəd olaraq iştirakımı əngəlləmək üçün gizlin keçirilir (!?), iştirakım təmin olunmur və s. Amma özü tez- tez Qarabağ Komitəsində görünüb hakimiyyəti məsuliyyətli və dürüst olmağa çağırır. Demokratiyadan, insan haqlarından dəm vurur. Hərdən digər müxalifətçilərin də bostanına daş atıb onları qınayır (!?) Adama sual edərlər; sənin özün hakimiyyətə qarşı mübarizədə nə qədər səmimi və dürüstsən? Sən özün illərlə yol gəldiyin, səni bu mərtəbəyə gətirib çıxaran partiya üzvlərinə qarşı nə qədər məsuliyyətli və səmimisən? Sən özün demokratik dəyərlərə və insan haqlarına nə qədər hörmət edirsən və s.?

Sən İlham Əliyevdən orden- medal aldığına görə Rauf Arifoğlunu, seçkiləri saxtalaşdırıb hakimiyyəti zəbt edənlərə hallalıq verən Allahşükür Paşazadəni və digərlərini təbrik etməyə vaxt tapırsan, amma partiya üzvlərinin sənə ünvanladığı müraciəti aylarla cavablandırmırsan. Sən DTX- yə yaxın insanarın ad günlərində yuxarı başda əyləşib onları təbrik etməyə vaxt, imkan tapırsan, amma cəhbəçiləri yada salmırsan, onların şikayətini dinləmirsən. Partiya üzvü Ceyhun Nabi oğurlanıb həbs olunur, onunla bağlı kampaniya keçirilir, KXCP Qərargahında toplantı təşkil olunur, sən qatılmırsan. Bildirirsən ki vacib işim var. Oğurlanıb "bandotdel"- də gizli saxlanılan öz partiya üzvünü müdafiə etməkdən başqa sənin hansı vacib şəxsi işin ola bilər? AXCP sədri Əli Kərimli, Musavat başqanı Arif Hacılı, REAL sədri Ilgar Mammadov və digərləri bu vəziyyətdə doğurdanmı öz üzvünün müdafiəsindən yayınıb "vacib işi"- nin arxasınca gedərdi? Təbii ki, yox...

... Qarabağla bağlı mitinq keçiriləndə "Mitinqə niyə az adam gəldi?" deyə yazı yazmışdım (https://www.facebook.com/gulaliyev.o/posts/1720828994710982 ). Həmin yazıda da bildirmişdim ki, hakimiyyətdən Qarabağ, demokratiya, insan haqları, dürüstlük tələb edənlərin ilk növbədə özləri Qarabağ sevər, demokratik və dürüst olmalıdır. Qarabağla bağlı mitinq keçirmək üçün insanın özündə mənəvi haqq olmalıdır. Sən bu haqqı itirmisənsə sənin Qarabağdan danışmağa, mitinq keçirməyə mənəvi haqqın yoxdur...

Özünü ictimai xadim, təşkilat sədri hesab edənlər bunu bilsin; partiyasında diktatorluq eşqinə düşüb partiyadaşlarını dinləməyən, onların sorğusunu cavablandırmayan, Nizamnaməni, qanunları, milli- mənəvi dəyərləri ayaqlar altına atıb tapdayan şəxslərlə bir yerdə dayananlar bu hərəkətləri ilə yanaşı dayandıqları çiyindaşlarının məsuliyyətini bölüşürlər. Bizdən demək, nəticə çıxarmaq onlardan...

Mirəlioğlunu isə KXCP Nizamnaməsini, "İnformasiya əldə etmək haqqında" Qanunun tələblərinə uyğun olaraq partiya üzvlərinin müraciətini müəlliflərin iştirakı ilə müzakirə edib cavablandırmağa, partiyanı Elçibəy əxlaqına, ideya- prinsiplərinə uyğun ya idarə etməyə, ya da KXCP- nin 2015- ci ilin sonuncu avqust Qurultayında söz verdiyi kimi istefa verib xalqa qaytarmasına çağırıram!"-deyə Oktay Gülaliyev bildirib.