SMMM "Avropa işi" Hesabatını 2019-cu ildə də davam etdirəcək
7gun.org xəbər verir ki, bir neçə gün bundan öncə Siyasi Məhbusları Müdafiə Mərkəzinin (SMMM) növbəti iclası keçirilib. İclasda insan haqları ilə bağlı vəziyyət, siyasi məhbus problem və qarşıda duran vəzifələr, habelə 2018- ci ilin yekunları ilə bağlı müzakirələrdə SMMM- in gördüyü işlər, siyasi məhbusların müdafiəsi sahəsində fəaliyyəti, eləcə də hazırladığı sənədlər, o cümlədən “Avropa işi” Hesabatı qənaətbəxş hesab olunaraq təqdir edilib.
Qərara alınıb ki, bu istiqamətdə fəaliyyət, görülən işlər, müxtəlif sənəd və hesabatların hazırlanması, eləcə də Avropada yaşayan mühacirlərin ailə üzvlərinə, qohumlarına qarşı həyata keçirilən repressiyalarla bağlı məlumatların və yeni keyslərin “Avropa işi” Hesabatına daxil edilməsi 2019- cu ildə də davam etdirilsin.
Aygün Mustafayeva