Oqtay Gülalıyevin vəziyyəti yaxşılaşır
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti getdikcə yaxşılaşır, xanımı Füruzə Gülalıyeva bildirib.Onun sözlərinə görə, uzun müddətdir ki, fəalın hərarəti yüksəlmir. Böyrəklərdə kreatinin səviyyəsi normaya yaxındır. Əllərini hərəkət etdirə bilir. Bəzən hər iki gözünü açır.
İstanbulda “Amerika” klinikasında müalicə davam edir. Artıq O.Gülalıyev özü qida qəbul edir, süni qidalandırma dayandırılıb.
“O, ətrafda danışılanları eşidir, sadəcə, beyin hərəkətdə olmadığı üçün deyilənlərə reaksiya verə bilmir”, - F.Gülalıyeva deyib.
Turan.az