Hüquq müdafiəçisinin vəziyyətində dəyişiklik yoxdur
Oqtay Gülalıyevin vəziyyəti ağır olaraq qalır, hələlik dəyişiklik yoxdur. 7gun.org "Turan"a istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçisinin xanımı Füruzə Gülalıyeva bildirib. O, İstanbulda “Avrasiya” klinikasında müalicə alan O. Gülalıyevin yanındadır.
F.Gülalıyevanın sözlərinə görə, həkimlər baş beynin üç funksiyadan imtina etdiyini bildiriblər. Müalicə davam edir.
Xatırladaq ki, hüquq müdafiəçisini oktyabrın 29-da Bakıda maşın vurub. Gec neyrocərrahiyyə əməliyyatı aparılıb. Komada olan O.Gülalıyevi Heydər Əliyev Fondunun təşəbbüsü ilə müalicə üçün Türkiyəyə aparıblar.