7gun.org xəbər verir ki, Səhiyyə Nazirlyinin məlumatına görə, Oqtay Gülalıyevin vəziyyəti ağır stabil, ötən gün keçirdiyi neyrocərrahiyyə əməliyyatına uyğundur. Müalicəsi reanimasiya şöbəsində davam edir.
Öz növbəsində hüquq müdafiəçisinin xanımı Turan-a bildirib ki, Oqtay əvvəlkitək komadadır və həkimlərin sözlərinə görə, bir neçə gün belə vəziyyətdə olacaq.
Xatırladaq ki, tanınmış hüquq müdafiəçisini maşın vurub və ağır vəziyyətdə xəstəxanaya aparılıb. Ona beyin zədələnməsi diaqnozu qoyulub. Yaxınları və ictimaiyyət hadisənin qəsdən törədildiyini istisna etmirlər.