Prezident İlham Əliyev Ağdamda
Ağdam rayonunun Quzanlı qəsəbəsinin mərkəzindəki mərhum prezident Heydər Əliyevin abidəsini ziyarət edən İ.Əliyev və M.Əliyevaya rayonun icra hakimiyyətinin başçısı Vaqif Həsənov rayonda görülən işlər barədə məlumat verib.Ölkə başçısı rayon rəhbərliyinə tapşırıqlar verib.
İlham Əliyev daha sonra Ağdam rayonunda əsaslı şəkildə yenidən qurulan Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun açılışınaqatılıb. Açılışda bildirilib ki, Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolu 29 min nəfərin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirir.
Ölkə başçısına rayonda və rayona yaxın ərazilərdəki yol tikintiləri haqda da bilgi verilib.
Prezidenti İlham Əliyev və xanımı daha sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.
Muğam Mərkəzi ilə tanışlıqdan sonra prezident və xanımı rayon ictimaiyyətinin nümayəndələri və Ağdam rayonundan olan incəsənət xadimləri ilə görüşdülər.