Prezident səfirlərin etimadnamələrini qəbul edib
İyunun 10-da prezident İlham Əliyev Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikovun etimadnaməsini qəbul edib.7gun.org Contact.az-a istinadən xəbər verir ki, dövlət başçısı həmçinin Perunun Azərbaycandakı yeni səfiri Mariya Milaqros Kastanyon Seoanenin etimadnaməsini qəbul edib.
Həmin gün İ.Əliyev Bolqarıstanın Azərbaycandakı yeni səfiri Nikolay Yankovun da etimadnaməsini qəbul edib.
Səfirlərlə söhbət zamanı həmin ölkələr ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı məsələləri müzakirə edilib.