Avtomobil yolunun tikintisinə 9.1 milyon manat ayrılıb


Azərbaycan prezidenti İlham Əliyev Lənkəran rayonunda Hirkan-Daştatük-Biləsər avtomobil yolunun tikintisi üzrə tədbirlər haqqında sərəncam imzalayıb.


2018-ci il üçün dövlət büdcəsindən Avtomobil Yolları Agentliyinə 7 min əhalisi olan 7 yaşayış məntəqəsini birləşdirən Hirkan-Daştatük-Biləsər avtomobil yolunun tikintisinə 9.1 milyon manat ayrılacaq