Prezident İlham Əliyev Binəli Yıldırımı qəbul edib


Bu gün prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımı qəbul edib. Rəsmi məlumatda görüşün təfərrüatları açıqlanmır.

B.Yıldırım Bakıya ötən gün axşam gəlib. Səfərin proqramı açıqlanmayıb.Türkiyə KİV-in məlumatına görə, səfər iki gün davam edəcək. Bu, B.Yıldırımın parlament sədri kimi Azərbaycana ilk səfəridir. Bundan öncə o, Türkiyə hökumətinə rəhbərlik edib. / Turan.az/