Oqtay Gülalıyevin həyatı hələ də təhlükə altındadır


Hüquq müdafiəçisi Oqtay Gülalıyevin ailəsi onu özəl City Hospital kilinikasından Neyrocərrahiyyə Mərkəzinə köçürməyi planlaşdırır.

7gun.org Turan.az-a istinadən xəbər verir ki, Bu barədə  Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib.

“Dünən (oktyabrın 31-də) Oqtayi əməliyyat edən həkim Neyrocərrahiyyə Klinikasından gəldi.

Həkimlərin rəyinə görə, O.Gülalıyevin komadan 21 gündən tez çıxacağı gözlənilmir. Həkimlər bunu onun əməliyyata gec alınması ilə izah ediblər.

Onların sözlərinə görə, həyatı üçün təhlükə qalır. Əməliyyatın 3-cü və 7-ci günləri xəstə üçün kritik günlərdir. Həkimlərin əsas vəzifəsi beyinə yenidən qan sıza bilməsinin qarşısını almaqdır.

Onun sözlərinə görə, O.Gülalıyevin yanında gecə-gündüz neyroloq və nevropatoloq olmalıdır.  City Hospital-da bu imkanlar olmadığı üçün ailə onu Neyrocərrahiyyə Mərkəzinə yerləşdirmək istəyir.