Hüquq müdafiəçisi başqa xəstənaya köçürüldü


Türkiyənin "Avrasiya" klinikasında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyev İstanbul şəhərindəki Amerikan xəstəxanasına köçürülüb.

7gun.org xəbər verir ki, bu barədə Oqtay Gülalıyevin oğlu Təbriz Gülaliyev öz "Facebook" hesabında məlumat verib.

"Az öncə atam Oqtay Gülalıyev İstanbulda yerləşən Amerikan xəstəxanasına köçürüldü. Həkimlər köçürülməsində heç bir təhlükə olmayacağını deyiblər”, - T.Gülalıyev əlavə edib.