Etimad İsmayılov Nardaranda dəfn olunacaq -VİDEO-FOTO


Sentyabrın 19-u axşam Türkiyənin İstanbul şəhərindəki ofisində qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsamyılovun nəşi sentyabrın 20-si gecə Bakıya gətrilib. Bu barədə "Ədalət" partiyasından bildiriblər.

Partiyadan verilən məlumata görə, cənazəni mərhumun atası İlyas İsmayılov, həyat yoldaşı Sevil Nuriyeva və digər yaxınları qarşılayıblar.

E.İsmayılovun yaxınlarının iştirakı ilə onun nəşi atasının Nardaran qəsəbəsində yerləşən bağ evinə aparılıb. Mərhum iş adamı sentyabrın 21-də Nardaran qəbirstanlığında dəfn olunacaq.

Xatırladaq ki, E.İsmayılov ofisində başından 2, ürəyindən bir güllə yarası alaraq qətlə yetirlib, onu qətlə yetirməkdə şübhəli bilinən Gözəl Dəmirov Türkiyə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Qətlin pula görə baş verdiyi bildirilir.

E.İsmayılov keçmiş baş prokuror, keçmiş ədliyyə naziri, keşmiş deputat, "Ədalət" partiyasının sədri İlyas İsmayılovun oğludur.



Etimad İsmayılov Nardaranda dəfn olunacaq -

Etimad İsmayılov Nardaranda dəfn olunacaq -

Etimad İsmayılov Nardaranda dəfn olunacaq -

Etimad İsmayılov Nardaranda dəfn olunacaq -